İranda daha 66 nəfər pandemiyanın qurbanı oldu

İranda daha 66 nəfər pandemiyanın qurbanı oldu
  21 May 2020    Oxunub:3837
İranda son sutka ərzində koronavirusa 2392 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 66 nəfər vəfat edib, bununla pandemiya qurbanlarının sayı 7249-a çatıb. Ölkədə indiyədək aşkar edilmiş yoluxma sayı 129 341-dir. 100 564 nəfər sağalıb. Hazırda 2655 nəfərin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti