İki azərbaycanlı İrəvanın mərkəzində - VİDEO

  21 May 2020    Oxunub : 10629
İki azərbaycanlı İrəvanın mərkəzində - VİDEO
Sosial şəbəkələrdə Ermənistanın paytaxtı İrəvanda iki azərbaycanlı tərəfindən lentə alındığı iddia olunan videogörüntülər yayılıb.
Azvision.az xəbər verir ki, həmin şəxslər Azərbaycan və rus dillərində söhbət ediblər.

"Biz yenidən Azərbaycanın qədim şəhəri olan İrəvandayıq. Pandemiya səbəbindən burada qalmışıq. Öz həmvətənlərimizi qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbrik edirik. Söz veririk ki, növbəti video Şuşada çəkiləcək. Buradan Ermənistanın xüsusi xidmət orqanlarına səslənirəm ki, qətiyyən işləyə bilmirsiniz"", - deyə kimliyi bilinməyən şəxs söyləyib.



Azvision.az

Teqlər: Ermənisatn   İrəvan