Meksika ilə ticarət dövriyyəsi 80 milyon dolları keçə bilər

Meksika ilə ticarət dövriyyəsi 80 milyon dolları keçə bilər
  21 May 2020    Oxunub:3595
“1 oktyabr 2014-cü il tarixində Bakıda açılan Meksika səfirliyi son beş il ərzində ikitərəfli münasibətlərin gücləndirilməsi, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı və xüsusilə, hər iki xalq arasında tanıtıma həvəslə təkan verib”.
Azvision.az xəbər verir ki, bu barədə Meksika səfiri Rodriqo Labardininin Bakıda fəaliyyətə başlamasının növbəti ildönümü münasibətilə diplomatik korpusun yaydığı açıqlamada deyilir.

Qeyd edilib ki, iki ölkə iqtisadi və ticari sahələrdən təhsil, mədəniyyət və turizm kimi müxtəlif sahələrədək əməkdaşlıq uğurlarının beş illiyini qeyd edə bilər.

“Göstərilmiş səylər coğrafi məsafə və dil fərqliliyi kimi maneələri dəf edərək, Meksika və Azərbaycan xalqları arasında yaxınlaşmaya imkan verdi.Ticarət sahəsində nümunəvi artım əldə olundu. Ticari missiyalar, təşviqat tədbirləri, səfərlər, meksikalı və azərbaycanlı ixracatçılar və idxalçılar üçün görüşlərin təşkilinə təkan verilib.

Bu, son illər ərzində qeydə alınan mühüm ikitərəfli ticarət artımında əks olunub. 23 il (1992-2014) ərzində ikitərəfli ticarətin orta illik göstəricisi 2.3 milyon dollar olduğu təqdirdə, son beş il ərzində bu göstərici 28.2 (2015-2019) milyon dollara yüksəlib. Bununla belə, 2019-cu ildə ikitərəfli ticarətdə rekord göstərici – 52.4 milyon dollar qeydə alınıb. Bu dinamikanın saxlanıldığı təqdirdə 2020-ci ildə ticarətin 80 milyon dollardan çox ola biləcəyi təxmin olunur. Bu isə o deməkdir ki, tarix boyu Meksika ilə Azərbaycan arasında baş tutmuş ümumi ticarət mübadiləsinin 72% son beş ilə aiddir", - səfirliyin açıqlamasında vurğulanıb.

Turizm sahəsinə gəldikdə, qeyd edilib ki, 2014-2019-cu illər ərzində Azərbaycana səfər edən meksikalıların sayı 141.14% artıb, və daha çox azərbaycanlılar Meksikaya səyahət edib.

Son illər ərzində, həmçinin ikitərəfli hüquqi baza da möhkəmlənib. 22 fevral 2020-ci il tarixində qüvvəyə minən Meksika və Azərbaycan hökümətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş 2017-ci ildə imzalanıb. Eyni zamanda, 2019-cu ilin dekabr ayında Meksika ilə Azərbaycan arasında akademik-diplomatik əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Əlavə sazişlər üzrə danışıqlar isə başa çatmaq üzrədir.

Bu beş il ərzində rəqs, musiqi, təsviri incəsənət, milli mətbəx, kino və ədəbiyyat kimi sahələri əhatə edən müxtəlif mədəni tədbirlər həyata keçirilib:

Yalnız Meksika mədəniyyəti deyil, eyni zamana Latın Amerikası mədəniyyəti və ölkəmizin tərkibində olan rəsmi və qeyri-rəsmi qrupların mədəniyyətini tanıtmaq üçün Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq etməkdən Səfirlik şərəf duymuşdur. Azərbaycan Dillər Universitetinin rəhbərliyinin səmimi dəvəti əsasında və adıçəkilən təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq sazişi çərçivəsində hazırda səfirlik ADU-nun Tərcümə fakultəsində Latın Amerikası Mədəniyyəti və Sivilizasiyası fənni üzrə tədris kursunu aparır. Həmçinin, İndoneziya, Koreya və Türkiyə səfirlərinin iştirakı ilə ADA Universitetində keçirilmiş ilk MİKTA konfransı da yer alır.

Digər tərəfdən, səfirliyin tədbirləri yalnız Bakı şəhəri ilə məhdudlaşmayıb, mədəni və milli mətbəx nümunələri Azərbaycanın bölgələrinə də aparılıb. Onların arasında Gəncə, Qəbələ, Mingəçevir, Şamaxı, Sumqayıt və Xaçmaz şəhərləri var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti