Koronavirusa yoluxanların sayı 5,2 milyona çatır

 Koronavirusa yoluxanların sayı 5,2 milyona çatır
  22 May 2020    Oxunub:2885
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 197 min 776 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 334 min 675 nəfərdir. İndiyədək 2 milyon 82 min 717 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti