Qırğızıstanda 273 tibb işçisi COVİD-19-a yoluxub

Qırğızıstanda 273 tibb işçisi COVİD-19-a yoluxub
  22 May 2020    Oxunub:2147
Qırğızıstanda koronavirusa 37 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 1350-yə çatıb. Onlardan 273 nəfəri tibb işçisidir. İndiyədək 949 nəfər sağalıb, 14 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti