NATO Şurasının təcili iclası çağırıldı

NATO Şurasının təcili iclası çağırıldı
  22 May 2020    Oxunub:3086
ABŞ-ın “Açıq Səma Sazişi”ndən çıxması ilə əlaqədar mayın 22-də NATO Şurasının təcili iclası keçiriləcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin "Açıq Səma Sazişi"ndən çıxacağını bəyan edib. Tramp Rusiyanın razılaşmaya əməl etməməsi səbəbindən belə qərara gəldiyini deyib.

"Rusiya razılaşmaya riayət etmədi. Onlar şərtlərə əməl edənə qədər biz müqavilədən ayrılacağıq. Ancaq yeni bir razılaşma əldə edə biləcəyimiz üçün çox yaxşı şans var", - deyə Tramp vurğulayıb.

Azvision.az


Teqlər: NATO  





Xəbər lenti