Bolqarıstan sərhədləri açdı, qadağa ləğv olundu

  22 May 2020    Oxunub : 1799
Bolqarıstan sərhədləri açdı, qadağa ləğv olundu
Bolqarıstan yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar mart ayından tətbiq olunan Avropa Birliyi və Şengen ölkələri vətəndaşlarının ərazisinə giriş qadağasını ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə “Trud” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Mayın 22-dən etibarən ölkə ərazisinə gələnlər 14 günlük karantinə alınacaqlar. Bu tələb tibb və sosial işçilərə, diplomatlara, beynəlxalq təşkilatların nümayəndələrinə, mövsümi işçilərə, eləcə də beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobus sürücülərinə şamil edilmir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Bolqarıstan   virus