Rusiyada bir gündə koronavirusdan 150 nəfər öldü

Rusiyada bir gündə koronavirusdan 150 nəfər öldü
  22 May 2020    Oxunub:1655
Rusiyada son sutka ərzində 8894 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyada virusa yoluxanların ümumi sayı 326 min 448 nəfərdir. Pandemiya qurbanlarının sayı 150 nəfər artaraq 3249-a çatıb. İndiyədək 99 min 825 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti