“Amphan” siklonu 80 nəfərin həyatına son qoydu

“Amphan” siklonu 80 nəfərin həyatına son qoydu
  22 May 2020    Oxunub:1556
Hindistanın Qərbi Benqal bölgəsində “Amphan” siklonunun təsirindən azı 80 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə bölgənin rəhbəri Mamata Banerci məlumat verib. Onun sözlərinə görə, kənd yerlərində 61, Kalkuttada isə 19 nəfər ölüb.

"The Hindu" nəşri yazır ki, həlak olanların ailələrinə 250 min rupi (3.3 min dollar) veriləcək. Bölgənin yenidən bərpasına 10 milyard rupi (133 milyon dollar) ayrılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti