Gürcüstanda bəzi qadağalar qüvvədə qalacaq

Gürcüstanda bəzi qadağalar qüvvədə qalacaq
  22 May 2020    Oxunub:1801
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib ki, ölkədə fövqəladə vəziyyət rejiminin başa çatmasına baxmayaraq, bəzi iqtisadi fəaliyyətlər hələ də məhdudlaşdırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir hökumətin iclasında çıxışı zamanı deyib.

"Fövqəladə vəziyyətin ləğvi ilə bağlı rəsmi addım ata bilərik, amma bu, hər şeyin yaxşı olduğunu və pandemiyanın başa çatdığını bildirmir. Pandemiya ilə əlaqədar iki cəbhədə mübarizə aparmalı olduğumuzu dedik. Bu, insan həyatını və sağlamlığını təmin etmək və iqtisadiyyatı bərpa etməkdir. Ölkə fövqəladə vəziyyət rejimini ləğv etməyə hazır olsa da, ictimai nəqliyyatın hərəkətinə, idman və mədəniyyət tədbirlərinə və bəzi iqtisadi fəaliyyətlərə tətbiq edilən məhdudiyyətlər qalacaq".

Hökumət başçısının sözlərinə görə, avtomobildə yalnız üç nəfərin olmasını tələb edən məhdudiyyət ləğv edilib, yeni qərar yalnız taksilərə şamil ediləcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti