Gürcüstanda kadr dəyişiklikləri olacaq

  22 May 2020    Oxunub : 1575
 Gürcüstanda kadr dəyişiklikləri olacaq
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili vəzifəsini tərk edir.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, Tsixelaşvili Gürcüstanın Avstriyadakı səfiri və ölkənin ATƏT və Vyanada yerləşən digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi olacaq.

David Zalkaliani digər kadr dəyişiklikləri barədə də məlumat verib. Bildirib ki, Gürcüstanın NATO-dakı Daimi Nümayəndəliyi vəzifəsini Avropaya inteqrasiya üzrə keçmiş dövlət naziri Viktor Dolidze, Cenevrədəki nümayəndəliyə isə Aleksandr Maisuradze rəhbərlik edəcək.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Gürcüstan