Almaniyada daha 42 nəfər koronavirusdan öldü

Almaniyada daha 42 nəfər koronavirusdan öldü
  23 May 2020    Oxunub:2896
Almaniyada son sutka ərzində 638 nəfər yeni növ koronavirusa yoluxub, 42 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Robert Kox institutu məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan bəri Almaniyada 177 850 nəfərdə koronavirus aşkarlanıb, onlardan 8216-sı vəfat edib. Təxminən 160 min xəstə virusdan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti