Ukraynada son vəziyyət: 432 yeni yoluxma, 17 ölü

 Ukraynada son vəziyyət:  432 yeni yoluxma, 17 ölü
  23 May 2020    Oxunub:3262
Ukraynada son sutka ərzində koronavirusa 432 nəfər yoluxub, bununla da yoluxma sayı 20 580-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib. Onun sözlərinə görə, daha 17 xəstə vəfat edib, virus qurbanlarının ümumi sayı 605 nəfərdir.

"Son bir gündə 432 nəfər vurusa yoluxub, 17 xəstə vəfat edib. Bu günə kimi 6929 nəfər sağalıb, 605 xəstə ölüb”, - deyə nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus   Pandemiya  





Xəbər lenti