Estoniyada koronavirusdan 64 nəfər öldü

Estoniyada koronavirusdan 64 nəfər öldü
  23 May 2020    Oxunub:2869
Estoniyada 14 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Estoniyanın səhiyyə departamenti məlumat yayıb. Hazırkı dövrədək ölkədə 1821 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 64 nəfər vəfat edib, 37 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən yalnız birinin vəziyyəti ağır, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 75 mindən çox test aparılıb.

Azvision.az



Teqlər: Estoniya   Koronavirus  





Xəbər lenti