Koronavirus qurbanlarının sayı 344 mini ötdü

    Koronavirus qurbanlarının sayı 344 mini ötdü
  24 May 2020    Oxunub:3873
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 407 min 378 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 344 min 19 nəfərdir. İndiyədək 2 milyon 247 min 930 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   COVİD-19  





Xəbər lenti