Pandemiya dövründə ən çox qazanan milyarderlər

Pandemiya dövründə ən çox qazanan milyarderlər
  24 May 2020    Oxunub:4326
Son iki ayda dünyanın ən varlı 25 adamının sərvəti 255 milyard dollar artıb.
Azvision.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyası dövründə ən çox "Facebook"un yaradıcısı Mark Zukerberq qazanıb. Onun aktivləri 31 milyard dollar artıb. Hazırda sərvəti 86,5 milyard dollar dəyərində qiymətləndirilir.

Son iki ayda "Facebook"un aktivlərinin 60 faiz artması nəticəsində Zukerberq dünyanın varlıları sırasında 7-ci yerdən 4-ə yüksəlib.

Bundan əlavə, "Amazon" koorporasiyasının rəhbəri Ceff Bezos aktivlərin artması nəticəsində 29,9 milyard dollar qazanc əldə edib. Nəticədə onun varidatı 146,9 milyard dollara çatıb.

"Microsoft"un yaradısı Bill Qeytsin sərvəti aktivlərin artması (11,9 milyard dollar) hesabına 106,5 milyard dollar olub.

Dünyanın ən varlı 25 iş adamının ümumi sərvəti təxminən 1,5 trilyon dollardır. Bu da bütün milyarderlərin sərvətinin 16 faizini təşkil edir.

Azvision.az


Teqlər: Forbes   Milyarder  





Xəbər lenti