Braziliya Prezidenti nazirlərlə görüşdə 34 dəfə söyüş söydü

Braziliya Prezidenti nazirlərlə görüşdə 34 dəfə söyüş söydü
  24 May 2020    Oxunub:3873
Braziliya Prezidenti Jair Bolsonaru nazirlərlə aprel ayında keçirdiyi toplantıda 34 dəfə söyüşdən istifadə edib.
Azvision.az xəbər verir ki, həmin anları əks etdirən qalmaqallı video mətbuatda yayımlanıb.

Belə ki, Braziliya Prezidenti iclasda impiçmentinə səbəb olacaq istintaqda ailə üzvlərinə ittiham irəli sürülməməsi üçün federal polisə təzyiq etdiyini təsdiqləyən açıqlamalar verib.

"Bütün ailəmin və dostlarımın həyatını məhv etmələrinə icazə verə bilmərəm. Bu ... bizim azadlığımızı əlimizdən almaq istəyir. Bu səbəblə insanların silahlanmasını istəyirəm" - Braziliya Prezidenti iclasda deyib.

Ölkə başçısı koronavirusa qarşı mübarizə tədbirlərinə görə, onu təndiq edənlərə təhqirlə cavab verib.

Qeyd edək ki, Bolsonarun 2 oğlu daxil olmaqla 19 nəfər istintaqa cəlb edilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Braziliya   Prezident   Video  





Xəbər lenti