İranda koronavirusdan ölənlərin sayı 7417-ə çatdı

İranda koronavirusdan ölənlərin sayı 7417-ə çatdı
  24 May 2020    Oxunub:3518
İranda son sutka ərzində koronavirusa 2180 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 135 min 701 nəfərdir. Koronavirus qurbanlarının sayı 58 nəfər artaraq 7417-yə çatıb. İndiyədək 105 min 801 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti