Əşrəf Qani "Taliban"çıları azad edəcəyinə söz verdi

Əşrəf Qani "Taliban"çıları azad edəcəyinə söz verdi
  24 May 2020    Oxunub:3849
Əfqanıstan Prezidenti Əşrəf Qani bildirib ki, əsir götürülən "Taliban" hərəkatı üzvlərinin azad edilməsi prosesini sürətləndirəcək.
Azvision.az xəbər verir ki, bu barədə TOLO News telekanalı məlumat yayıb.

"Biz irəli addım atacağıq. Sizə bildirirəm ki, əsir götürülən "Taliban" döyüşçülərinin azad edilməsi prosesini sürətləndirəcəyəm",- deyə Qani bildirib.

Əfqanıstan Prezidenti əlavə edib ki, "Taliban" hərəkatı ilə dərhal sülh danışıqlarına başlamağa hazırdır.

Bu ilin əvvəlində ABŞ-ın "Taliban"la bağladığı müqavilədə bildirilir ki, Əfqanıstan hakimiyyəti 5000-ə qədər yaraqlını sərbəst buraxmalı, qarşı tərəf isə öz növbəsində əsir götürülmüş 1000-ə yaxın təhlükəsizlik xidməti əməkdaşını azad edəcək.

Əfqanıstan Milli Təhlükəsizlik Şurası "Taliban" hərəkatının 1000 üzvünün həbsdən azad edildiyini bəyan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti