Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir

Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilir
  24 May 2020    Oxunub:3498
Yaponiyada sabahdan etibarən fövqəladə vəziyyət rejimi ləğv edilir.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, qərar ölkənin 5 vilayətinə şamil edilib. Xüsusi ekspert komissiyasının rəyi ilə Tokioda, onunla qonşuluqda yerləşən Kanaqava, Saytama və Tiba vilayətlərində, həmçinin ölkənin şimalındakı Hokkaydoda fövqəladə vəziyyət rejimi ləğv olunacaq.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti