Daha bir ölkə sərhədlərini açır

  25 May 2020    Oxunub : 3072
Daha bir ölkə sərhədlərini açır
Albaniya iyunun 1-dən etibarən Monteneqro, Şimali Makedoniya və Kosovo ilə quru sərhədlərini açacaq.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Edi Rama bildirib. Onun sözlərinə görə, 15 iyundan Avropa İttifaqı ölkələri ilə sərhədlərin açılması gözlənilir.

“Sərhədlərimizi yenidən açmağa hazırıq, ancaq birbaşa uçuşları bərpa etmək üçün digər ölkələrdən də razılıq almalıyıq. Şengen zonası ilə sərhədlər iyunun 15-dək bağlı qalacaq. Aİ ölkələri arasında hələlik uçuşlar ləğv edilib", - deyə Baş Nazir vurğulayıb.

Albaniya Səhiyyə Nazirliyinin son məlumatına görə, pandemiya başlayandan bəri ölkədə 998 nəfər koronavirusa yoluxub, 789 xəstə sağalıb, 32 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Albaniya   Sərhəd   Koronavirus