İranda daha 2033 nəfər koronavirusa yoluxub - 34 ölü

  25 May 2020    Oxunub : 2503
 İranda daha 2033 nəfər koronavirusa yoluxub -  34 ölü
İranda son sutka ərzində koronavirusa 2033 yeni yoluxma qeydə alınıb, 34 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 137 min 724 nəfərdir, onlardan 2585-nin vəziyyəti ağırdır.

Son sutkada 1912 nəfər olmaqla, indiyədək 107 min 713 xəstə sağalıb. İranda pandemiya qurbanlarının ümumi sayı 7451 nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Koronavirus