6,4 milyardı olan "Kazinolar kralı" öldü

6,4 milyardı olan "Kazinolar kralı" öldü
  26 May 2020    Oxunub:4338
Asiyanın ən böyük kazino imperiyasının patriarxı və bölgədəki ən varlı insanlardan biri olan çinli milyarder Stenli Ho 98 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edək ki, 2018-ci ildə Makaoda ən böyük kazino şəbəkəsinə sahib olan Stenli Honun sərvəti 6,4 milyard dollar olub. O, Honkonq və Makaoda qumar oyunları biznesinin kralı hesab edilirdi. Milyarderin 4 nikahdan 17 uşağı var.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kazino   Milyarder  





Xəbər lenti