Saakaşvili Ukraynada qumarın leqallaşdırılmasını istəyir

Saakaşvili Ukraynada qumarın leqallaşdırılmasını istəyir
  26 May 2020    Oxunub:3613
Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili ölkədə qumar oyunlarının leqallaşdırılmasını istəyir.
Azvision.az xəbər verir ki, Saakaşvili bu barədə "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, qumar biznesi artıq Ukraynada fəaliyyət göstərir, lakin bundan büdcə deyil, “damçılar” divident əldə edir: "İlkin hesablamalarımıza görə, həm onlayn, həm də fiziki kazinolar üçün vahid sabit bir lisenziya tətbiq etməklə ilk ildə büdcə 230 milyon dollardan çox qazanc əldə edə bilər".

Saakaşvili hesab edir ki, qumar oyunları Las-Vegas və Batumi kimi dünyaca məşhur şəhərlərin inşasına imkan verib: "Biz depresiyaya uğramış bölgələri və ya əraziləri müəyyən edə və onları sözün əsl mənasında Klondayka çevirə bilərik".

Qeyd edək ki, Ukraynada 2009-cu ildən qumar oyunlarına qadağa qoyulub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Saakaşvili  





Xəbər lenti