Afrikada COVID-19-a yoluxma sayı 115 mini ötdü

  26 May 2020    Oxunub : 2639
Afrikada COVID-19-a yoluxma sayı 115 mini ötdü
Afrikada yeni növ koronavirusa yoluxanların sayı 115 min 237 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, virus qurbanlarının sayı 3453 nəfərdir. İndiyədək 46 mindən çox xəstə sağalıb.

Yoluxma halı ən çox Cənubi Afrika (23 615), Misir (16 513), Əlcəzair (8 503), Mərakeş (7 429), Nigeriya (8 068) və Qanada (6 808) qeydə alınıb. Ən çox ölüm isə Misirdə (735), Əlcəzairdə (609) və Cənubi Afrikada (481) aşkarlanıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Afrika   Koronavirus   COVID-19