Peskov Kadırovun vəziyyətindən xəbərsizdir
O bildirib ki, heç bir məlumatı yoxdur və yaxın günlərdə Çeçenistan rəhbəri ilə maraqlanacaq.
Qeyd edək ki, Ramzan Kadırovun koronavirusa yoluxması və Mosvada xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Koronavirusla mübarizə üzrə regional qərargahın rəhbəri Maqomed Daudov bildirib ki, Kadırov sağlamdır, haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir.
Şahanə Rəhimli
Azvision.az