Boeing-dən daha bir rekord

Boeing-dən daha bir rekord
  10 Yanvar 2014    Oxunub:1245
Boeing ötən il sifarişçilərinə rekord sayda - 648 mülki təyyarə göndərib.
ABŞ-ın Boeing aviakonserni 2013-cü ildə sifarişçilərinə 648 mülki təyyarə göndərib. Bu, kompaniyanın tarixində rekord göstəricidir.

AzVision.az İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, konsern ötən il iki yeni proqramı – Boeing 777 X və Boeing 787-10 Dreamliner hesabına geniş fzülyajlı laynerlər bazarında liderliyini qoruyub saxlaya bilib. Boeing Commercial Airplanesin prezidenti və baş icraçı direktoru Rey Konnerin sözlərinə görə, konsern yeni proqramlar üzərində işi davam etdirməklə yanaşı, buraxılış tempini 737-yə çatdırmağı planlaşdırır.

Boeing 2012-ci ildə ən yaxın rəqibini – Avropanın Airbus aviakonsernini qabaqlayaraq dünya bazarına 601 mülki təyyarə çıxararaq liderliyi ələ alıb. Airbus isə həmin il bazara 588 təyyarə çıxara bilmişdi və konsernin 2013-cü il üçün rəsmi göstəriciləri hələ açıqlanmayıb.

2012-ci ildə il Boeingin ümumi gəliri 81,7 milyard dollar, xalis gəliri isə 3,9 milyard dollar olub.


Teqlər:





Xəbər lenti