Almaniyada daha 47 nəfər koronavirusdan öldü

Almaniyada daha 47 nəfər koronavirusdan öldü
  27 May 2020    Oxunub:3093
Almaniyada son sutka ərzində koronavirusa 362 yeni yoluxma qeydə alınıb, 47 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bir gün əvvəl 432 yoluxma, 45 ölüm halı baş verib.

Ümumilikdə isə indiyədək Almaniyada 179 min 364 yoluxma qeydə alınıb, 8349 nəfər vəfat edib. 162,8 min xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti