Özbəkistanda koronavirusa yoluxma halları artıb
Qeyd edilib ki, hazırda COVID-19 xəstəsi olan 683 nəfər var, onlardan dördünün vəziyyəti ağırdır.
"Bu gün səhərə olan məlumata görə, koronavirus infeksiyasına yoluxma hallarının sayı 3333-dir. Bir gün əvvəl 75 yoluxma qeydə alınıb", - deyə məlumatda bildirilib.
Özbəkistanda ilk yoluxma martın 15-də Fransadan qayıdan bir qadında aşkarlanıb.
Prezident Şavkat Mirziyoyev son günlərdə yoluxma sayının artması ilə əlaqədar olaraq dünən karantin tədbirlərinin gücləndirilməsi və COVID-19 üçün testlərin sayının artırılması barədə göstəriş verib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Özbəkistan Koronavirus