“Koronavirusa görə bölgədə “rekordçu”yuq” - Erməni ekspert

 “Koronavirusa görə bölgədə “rekordçu”yuq” -  Erməni ekspert
  27 May 2020    Oxunub:3874
Ermənistan bölgədə bir milyon insana düşən koronavirusa yoluxma sayına görə “rekordçu”dur.

Azvision.az xəbər verir ki, bu barədə "Razminfo" hərbi saytının koordinatoru, hərbi ekspert Karen Vrtanesyan öz “Facebook” səhifəsində yazıb.
O, xatırladıb ki, Ermənistanda son sutkada 372 yeni yoluxma qeydə alınıb, 35 nəfər sağalıb, deməli, aktiv hallar bir gündə 325 nəfər təşkil edir.

“Bir neçə gün əvvəl qürurla elan edildi ki, xəstəxanaların birində 102 yeni yer istifadəyə verilib. Gördüyünüz kimi, bir gündə qeydə alınan yeni infeksiyaların sayı həmin yerlərdən 3 dəfədən çoxdur.

Ümumiyyətlə, hər milyon nəfərə görə Rusiya, Türkiyə, İran, Azərbaycan və Gürcüstanı keçərək bölgədə koronavirus hallarının sayında "rekordçu" olduq.

1. Ermənistan 2.498
2. Rusiya 2.833
3. Türkiyə 1.884
4. İran 1.663
5. Azərbaycan 435
6. Gürcüstan 183

Bu göstərici baxımından Gürcüstanı 13,5 dəfə üstələyirik", - deyə erməni ekspert yazıb.

Onun sözlərinə görə, statistik dəyişmələrdən asılı olmayaraq, Gürcüstanla müqayisədə onsuz da böyük fərq var.

"Ən vacib məsələni unutdum: Ermənistanda bir gündə 12 yoluxmuş xəstə öldü. Gürcüstanda bütün epidemiya zamanı yeni sayda insan ölüb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti