Ermənistanda koronavirus üçün test tapılmır

 Ermənistanda koronavirus üçün test tapılmır
  27 May 2020    Oxunub:3219
Ermənistanda koronavirus üçün testlər bitmək üzrədir, buna görə də testlər yalnız fövqəladə hallarda sınaqdan keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, koronavirusun yayılma tepmi artmaqdadır. Hakimiyyət panika içərisindədir, lakin mübarizənin təşkili üçün yeni addımlar atılmır.

“Dünən Səhiyyə və qida rəhlükəsizliyi müfəttişliyi bir sıra iaşə obyektlərinin fəaliyyətinin dayandırılacağını və təhlükəsizlik qaydalarına əməl etməyən bütün qurumların bağlanacağı barədə xəbərdarlıq etdi.

Nikol Paşinyan isə yenidən canlı yayım edib, psixoloji, mənəvi xütbə oxuyub. Səhiyyə Nazirliyi kimlərin xəstəxanaya yerləşdiriləcəyi, kimlərin təcrid ediləcəyi ilə bağlı açıqlama yaydı.

Bütün bunlarla yanaşı, koronavirus üçün testlərin qurtarması barədə məlumatlar var. Buna görə də yalnız fövqəladə hallarda testlər aparılır", - deyə məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Test  





Xəbər lenti