İspaniyada koronavirus qurbanlarının xatirəsi yad edilir

İspaniyada koronavirus qurbanlarının xatirəsi yad edilir
  27 May 2020    Oxunub:3170
İspaniyada on günlük matəm 27 mindən çox koronavirus pandemiyası qurbanının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Azvision.az xəbər verir ki, hökumətin “Twitter”dəki açıqlamasında "COVID-19 qurbanı olanların hamısını ağrı və kədərlə yad edirik, onların xatirəsi hər zaman bizimlədir", yazılıb.

Baş Nazir Pedro Sançes və kabinet üzvləri ölənlərin xatirəsini anıb.

Dövlət başçısı, Kral VI Filipp, həyat yoldaşı və qızları isə Zarzuela sarayında matəm mərasimində iştirak ediblər.

"İspaniya bu pandemiyada itirdiyimiz minlərlə həmyerlimizə yas tutur. Çoxları çətinliklərin öhdəsindən gəlməyə davam edir. Onların hamısına, ailələrinə kədərimizi və ağrımızı ifadə edirik”, - deyə Kral bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti