İsraildə kafe, restoran və barlar açıldı

İsraildə kafe, restoran və barlar açıldı
  27 May 2020    Oxunub:2990
İsraildə karantin rejiminin yumşaldılmasına başlanılıb, ölkədə kafelər, restoran və barlar, pivəxanalar, hovuzlar açılıb.
Azvision.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Yumşaldılma tədbirləri Nazirlər kabinetinin videokonfrans formatında keçirilən iclasında təsdiqlənib. Bildirilib ki, turistik məkanlar, həmçinin kanat yolları da insanların istifadəsinə verilib.

Bununla yanaşı, sosial məsafəni qorumaq və ictimai yerlərdə maska taxmaq tələbləri hələ qüvvədədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti