Fransada koronavirusa yoluxma və ölüm sayı azalır

Fransada koronavirusa yoluxma və ölüm sayı azalır
  28 May 2020    Oxunub:3300
Fransada son sutka ərzində daha 66 nəfər koronavirusdan həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 28 min 596-ya çatıb. Koronavirusa yoluxanların ümumi sayı 182 min 913 nəfərdir. Son sutkada 191 yeni yoluxma qeydə alınıb.

Ümumilikdə isə son günlər ölkədə yoluxma və ölüm sayında ciddi azalma müşahidə edilir.

Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  





Xəbər lenti