Sabiq mer İran parlamentinin spikeri seçildi

Sabiq mer İran parlamentinin spikeri seçildi
  28 May 2020    Oxunub:3059
Tehranın keçmiş meri, hərbi polis rəisi Məhəmməd Baqir Qalibaf İran parlamentinin yeni sədri seçilib.
Azvision.az xəbər verir ki, bu barədə İRİB televiziya və radio şirkəti məlumat yayıb.

Bildirilib ki, 231 deputat Məhəmməd Baqir Qalibafı dəstəkləyib.

2008-ci ildən İran parlamentinin sədri olan Əli Laricani isə qeyd edib ki, bundan sonra universitetdə dərs deməklə məşğul olacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İranparlamenti  





Xəbər lenti