“Taliban” hərbçilərə hücum etdi - Ölənlər var

“Taliban” hərbçilərə hücum etdi -  Ölənlər var
  28 May 2020    Oxunub:3333
Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində "Taliban" təşkilatının döyüşçüləri ilə toqquşmada azı 7 hərbi qulluqçu həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" əyalət qubernatorunun nümayəndəsi Vahid Şahkara istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Parvanın şimalında nəzarət məntəqəsinə hücum zamanı 7 hərbçi həyatını itirib, 1 nəfər yaralanıb.

Bundan başqa, təhlükəsizlik xidmətindəki mənbənin verdiyi məlumata əsasən, nəzarət məntəqəsinə edilən hücum nəticəsində 10 hərbi qulluqçu öldürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti