ABŞ-da qaradərilinin ölümünə görə etirazlar davam edir - FOTO

 ABŞ-da qaradərilinin ölümünə görə etirazlar davam edir -  FOTO
  28 May 2020    Oxunub:3616
ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə bağlı etiraz aksiyaları davam edir.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, aksiya iştirakçıları Los-Anceles şossesini bağlayıblar.



“Black Lives Matter” hərəkatının təşkil etdiyi aksiyada yüzlərlə insan iştirak edir. Etirazçıların şəhərin ətrafında yürüşü polislə qarşıdurmaya səbəb olub. Nəticədə bir nəfər yaralanıb, bir patrul maşınına ziyan dəyib. Zərərçəkənə tibbi yardım göstərilib.





Qeyd edək ki, Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib.

Azvision.az


Teqlər: ABŞ   Etiraz  





Xəbər lenti