ABŞ-da pandemiya qurbanlarının sayı 100 mini keçdi

ABŞ-da pandemiya qurbanlarının sayı 100 mini keçdi
  28 May 2020    Oxunub:2662
ABŞ-da son sutka ərzində koronavirusa 18 min 263 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlarda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 1 milyon 600 min nəfərdir. Pandemiya qurbanlarının sayı 1505 nəfər artaraq 100 mini keçib. İndiyə kimi 391 mindən çox xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti