İranda 2258 yeni yoluxma aşkarlandı - 63 nəfər öldü

İranda 2258 yeni yoluxma aşkarlandı -  63 nəfər öldü
  28 May 2020    Oxunub:3387
İranda son sutka ərzində koronavirusa 2258 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 143 min 849 nəfərdir. Koronavirus qurbanlarının sayı 63 nəfər artaraq 7627-yə çatıb. İndiyədək 112 min 988 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti