“Misir çarşısı” 3 aydan sonra açılır

“Misir çarşısı” 3 aydan sonra açılır
  28 May 2020    Oxunub:2653
Türkiyədə koronavirus pandemiyasının yayılması ilə əlaqədar mart ayında bağlanan tarixi "Misir çarşısı" iyunun 1-dən açılacaq.
Azvision.az xəbər verir ki, hazırda bazarda dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, "Misir çarşısı" İstanbulun ikinci ən böyük bazarıdır. Turistlərin daha çox üz tutduğu məkanlardan olan "Misir çarşısı"nda 85-dən çox mağaza fəaliyyət göstərir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti