Türkiyədə koronavirusdan daha 30 nəfər öldü

Türkiyədə koronavirusdan daha 30 nəfər öldü
  29 May 2020    Oxunub:3573
Türkiyədə son sutka ərzində 30 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1182 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4461, yoluxanlar isə 160 979 nəfərə çatıb.

İndiyədək 124 369 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti