28 may münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqat
Xatırladaq ki, bundan öncə də "Azercell Telekom” MMC həssas qrup kateqoriyasından olan insanlara qayğı və dəstək məqsədilə Novruz bayramı və Ramazan bayramı münasibətilə, eləcə də koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində 10 000-dən çox aztəminatlı və əlil üzvü olan ailəyə bayram sovqatı paylamışdı.
Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət "Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.
"Azercell Telekom” MMC bundan sonra da ölkəmizin əhalisinin ən həssas təbəqələrini diqqət mərkəzində saxlayaraq onlara sosial qayğı göstərməkdə davam edəcək.
Teqlər: Azercell