Ermənistan şirkətində kütləvi yoluxma qeydə alındı

Ermənistan şirkətində kütləvi yoluxma qeydə alındı
  29 May 2020    Oxunub:2400
Ermənistanda “Tavuş Tekstil” şirkətinin emalatxanalarından birində 80-dən çox işçi koronavirusa yoluxub.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, virusa yoluxanların sayının artacağı istisna deyil.

Şirkətin rəhbəri Mikael Yezekyan bildirib ki, hələlik bütün işçilərin koronavirus testlərinin nəticələri alınmayıb.

Onun sözlərinə görə, işçi əlcəklər hazırlayan emalatxananın yoluxmuş əməkdaşlarının sayı 80-ni ötüb, hazırda müəssisə bağlıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti