Rusiya ombudsmanı 7-ci dəfə ana oldu

Rusiya ombudsmanı 7-ci dəfə ana oldu
  29 May 2020    Oxunub:2898
Rusiyanın Uşaq hüquqları üzrə ombudsmanı Anna Kuznetsovanın yeddinci övladı dünyaya gəlib.
Azvision.az xəbər verir ki, ombudsman bu barədə “İnstaqram” hesabında məlumat paylaşıb.

“Bu gün dünyaya yeni bir insan gəldi, bizim ailəmizdə artıq yeddi uşaq var, beş oğlan və iki qız. Valideynlərimin isə on nəvəsi var. Və bu mənim çox sadə xoşbəxtlik arifmetikamdır”, - deyə xanım ombudsman yazıb.

Anna Kuznetsova 9 iyul 2016-cı ildən Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə müvəkkildir.



Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti