“Taliban” 7 polisi öldürdü, yaralılar var

“Taliban” 7 polisi öldürdü, yaralılar var
  29 May 2020    Oxunub:2992
“Taliban” radikal qruplaşmasının yaraqlıları tərəfindən Farah əyalətindəki keçid məntəqəsinə hücum zamanı yeddi əfqan polisi öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi Mohibulla Mohib məlumat verib.

Onun sözlərinə görə, qarşı tərəfdən də 7 yaraqlı məhv edilib, daha 3 polis isə yaralanıb.

Hələlik “Taliban” hücumla bağlı açıqlama yaymayıb.

Xatırladaq ki, Əfqanıstandakı hökumət qüvvələri ilə “Taliban” radikal qruplaşmasının yaraqlıları arasında sülh prosesini başlatmaq səylərinə baxmayaraq, qarşıdurma davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Taliban  





Xəbər lenti