Ermənistanda bir gündə rekord yoluxma - 120 nəfər ölüb

 Ermənistanda bir gündə rekord yoluxma -  120 nəfər ölüb
  29 May 2020    Oxunub:3307
Ermənistanda koronavirusa yoluxanların sayı 8676 nəfərə çatıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, son sutkada 460 yeni yoluxma qeydə alınıb.

Bir gündə 7 nəfər olmaqla indiyədək 120 xəstə vəfat edib. Sağalanların sayı 3297 nəfərdir.

Xatırladaq ki, dünən Ermənistanda aşkar edilmiş COVID-19-a yoluxma hallarının sayı 8216 olub, sutka ərzində 15 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti