Ukraynada daha 429 nəfər koronavirusa yoluxub

Ukraynada daha 429 nəfər koronavirusa yoluxub
  29 May 2020    Oxunub:2231
Ukraynada son sutkada 429 nəfər yeni növ koronavirusa yoluxub, ümumi yoluxma sayı 22 811-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Son sutkada virusa yoluxmuş 429 nəfərdən 66-sı uşaq, 66 nəfəri isə tibb işçisidir. 106 nəfər xəstəxanaya yerləşdirilib. 10 xəstə vəfat edib. 495 nəfər isə sağalıb”, - deyə məlumatda qeyd olunub.

Ukraynada epidemiya qurbanlarının ümumi sayı 679 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti