Qazaxıstan tezliklə Azərbaycanla uçuşları bərpa etmək istəyir

  29 May 2020    Oxunub : 3570
Qazaxıstan tezliklə Azərbaycanla uçuşları bərpa etmək istəyir
Qazaxıstan yaxın vaxtlarda Azərbaycanla hava reyslərini bərpa etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsinin sədri Talgat Lastaev bildirib.

Beynəlxalq hava nəqliyyatının mərhələli şəkildə bərpa olunmasından söz açan Lastaev deyib ki, qazaxlar tezliklə Azərbaycan, Çin, Cənubi Koreyaya səfərlər edə biləcəklər.

Qazaxıstanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün qurumlararası komissiyanın bugünkü iclasında beynəlxalq hava əlaqəsinin bərpa olunması ilə bağlı təşkilatı işlər barədə Xarici İşlər və Səhiyyə nazirliklərinə tapşırıq verilib.

Birinci mərhələdə, Səhiyyə Nazirliyinin tövsiyəsi ilə aşağı riskli ölkələrlə reyslərə başlamaq nəzərdə tutulur. Birinci mərhələyə Çin, Cənubi Koreya və Azərbaycan kimi ölkələr daxildir".

Onun sözlərinə görə, beynəlxalq hava nəqliyyatının yenidən bərpası ilə bağlı hərtərəfli araşdırma xarici həmkarların müəyyən etdiyi məhdudiyyətlərdən asılıdır. Bununla belə bu gündən qeyd edilən ölkələrin aviasiya orqanları ilə birlikdə məsələnin öyrənilməsinə başlanılacaq.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qazaxıstan