Jurnalist canlı yayımda həbs edildi - VİDEO

Jurnalist canlı yayımda həbs edildi -  VİDEO
  29 May 2020    Oxunub:2943
Amerika polisi "CNN İnternational" telekanalının müxbirini canlı yayım zamanı həbs edib.
Azvision.az xəbər verir ki, jurnalist Minneapolis ştatındakı etirazları işıqlandırarkən saxlanılıb.

Qeyd edək ki, Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu hadisədən sonra artıq üçüncü gündür ki, ştatda etiraz aksiyaları keçirilir.



Kənan Məmmədov
Azvision.az


Teqlər: ABŞ   Etiraz   Polis   Jurnalist   CNN  





Xəbər lenti