Kliçko qayıdır

Kliçko qayıdır
  12 Yanvar 2014    Oxunub:2400
Vladimir Kliçko növbəti döyüşü aprel ayında keçirəcək .
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, WBA, WBO və İBF versiyalarında superağır çəki dərəcəsində boks üzrə çempion, 37 yaşlı ukraynalı Vladimir Kliçkonun və onun tituluna iddia edən 34 yaşlı avstraliyalı Aleks Leapainin komandaları bu iki idmançı arasında döyüş keçirilməsi barədə razılığa gəlib.

Leapai noyabr ayında rusiyalı boksçu Denis Boytsova qalib gəlib. Boytsov peşəkar rinqdə ilk dəfə məğlubiyyətə uğrayıb, Leapai isə ukraynalı çempionla titul döyüşü aparmağa zəruri namizəd olub.
Keçən ilin oktyabr ayında Kliçko Moskvada Aleksandr Povetkinlə döyüşdə WBA, İBF, WBO və İBO versiyalarında öz titullarını qoruyub saxlayıb.

WBO prezidenti Fransisko Valkarsel Twitter sosial şəbəkəsindəki mikrobloqunda yazıb ki, “Vladimir Kliçko və Aleks Leapai aprel ayında Almaniyada qarşılaşmaq barədə razılığa gəlib”.

Qeyd edək ki, Peşəkar rinqdə 30 qələbə qazanan (onlardan 24-ü nokautla) Leapai dörd görüşdə məğlub olub, üç döyüş isə heç-heçə başa çatıb.

Kliçko qardaşlarının kiçiyi Vladimir 61 döyüşdə qələbə qazanıb (52 döyüşdə vaxtından əvvəl) və üç dəfə məğlubiyyətə uğrayıb (hamısı nokautla).


Teqlər:





Xəbər lenti